Bank Respublika öz Facebook dostlarını bilik müsabiqəsinə dəvət edir. | Banco.az

Bank Respublika öz Facebook dostlarını bilik müsabiqəsinə dəvət edir.

Bank Respublika Yeni İl ərəfəsində öz Facebook dostlarını maraqlı viktorinada iştirak etməyə dəvət edir.

“Yeni İL viktorinası” Yeni ilə 8 gün qalmış 23-30 dekabr tarixlərində keçiriləcək və bu bilik yarışmasında 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları müəyyən edilmiş qaydalara riayət etmək şərti ilə iştirak edə bilər:

-          İştirakçı Bank Respublika-nın Facebook səhifəsinin fanı olmalıdır

-          Viktorina haqqında dərc olunan statusa “İştirak edəcəm” şərhini yazmalıdır

Gün ərzində Facebook istifadəçilərinə 3 sual veriləcək. Saat 11:30-da, 14:30-da və 16:30-da. Suallar müxtəlif mövzularda (əsasən məntiq, bank və iqtisadiyyata dair) tərtib olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Ən çox suala düzgün cavab vermək üçün ən az vaxt sərf edən istifadəçi “Günün qalıbi” elan olunacaq. 

“Günün Qalibinə” balansında 100 AZN vəsaiti olan Bank Respublika-nın plastik kartı və digər xüsusi Yeni İl həddiyyələri təqdim ediləcək!

Qaydalara əsasən hər bir istifadəçi hər verilən suala 1 dəfə cavab yaza bilər.

Viktorinanın qaydaları ilə daha ətraflı tanış ola bilərsizniz.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç