Bank Respublika kreditlərin faiz dərəcələrinin azaldılması istiqamətində strategiyanın işlənib hazırlanmasına başladı | Banco.az

Bank Respublika kreditlərin faiz dərəcələrinin azaldılması istiqamətində strategiyanın işlənib hazırlanmasına başladı

Mərkəzi Bank tərəfindən həyata keçirilən faiz dərəcələrinin azaldılması imkanlarının araşdırılması proqramı çərçivəsində Bank Respublika faiz dərəcələrinin azaldılması və kreditləşdirmə (istehlak kreditləri həmçinin orta və kiçik biznes kreditləri üzrə) prosedurlarının sadələşdirilməsi üçün lazım olan tədbirlər kompleksinin müəyyən edəcək strategiyanın hazırlanmasına başladı

Bu strategiya üzərində görülən işlər çərçivəsində hal-hazırda Bankın kredit bazasının, bazarın tələbatı və imkanlarının təhlili aparılır. Bu layihədə daha dolğun və hərtərəfli məlumatların alınması üçün Bankın müxtəlif sahələri üzrə rəhbərləri və müştəri xidməti üzrə menecerləri sözügedən strategiyanın hazırlanmasında iştirak edəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Strategiyanın əsas istiqamətlərindən biri maksimal məbləğlərin artırılması ilə yanaşı kreditlərin komissiya haqqlarının azaldılması və əhalinin müxtəlif seqmentləri üçün güzəştli kredit məhsulları üzrə imkanların araşdırılmasıdır.

Bankın idarə heyətinin sədri Xədicə Həsənova bildirdi ki, “Bankımız tərəfindən biznes və istehlak kreditlərində qiytmətləri müəyyən edən əsas və üzdə olan faktorların öyrənilməsi üzrə bir sıra işlər artıq aparılıb və bu işlərin nəticəsi yaxın vaxtlarda öz müsbət təsirini kredit məhsullarında göstərəcək”.

Ən sərfəli krediti almaq üçün müraciət et