Bank of Bakudan "MÜMKÜNDÜR" adlı yeni kredit məhsulu! | Banco.az

Bank of Bakudan "MÜMKÜNDÜR" adlı yeni kredit məhsulu!

Bank of Baku-da 30 minədək kredit MÜMKÜNDÜR!

Müştəriləri üçün mümkünsüz sayıla bilən istənilən xidməti belə hər zaman mümkün etməyə çalışan sektorunun innovatoru Bank of Baku bu dəfə onlara MÜMKÜNDÜR adlı yeni kredit məhsulunu təqdim edir.

Bütün özəl və dövlət müəssisələrində çalışan şəxslərə özəl olaraq hazırlanan bu məhsul müştərilərə 30 minədək kredit almağa imkan verəcək.

“Mümkündür” kreditini həm manat, həm də dollar valyutasında nağd pul krediti olaraq əldə etmək olar. Minimum 5.000 AZN/USD, maksimum 30.000 AZN/USD həcmində ayrıla bilən kredit 12 aydan 60 ayadək müddətə rəsmiləşdirilə bilər.

Kredit şərtlərinə əsasən son ödəniş tarixinə qədər yaşı 65 olan dövlət və özəl müəssisələrin əməkdaşları şəxsiyyət vəsiqəsi, gəlirləri təsdiq edən sənədi və təminat qismində girov qoyulan daşınmaz əmlakın mülkiyyət sənədini təqdim etməklə kredit əldə edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Müştərilər iş yerindən arayışı bankdan ayrılmadan Elektron Hökumət xidməti vasitəsilə müraciət etdikləri filialda əldə edə bilərlər.

Bankın filial şəbəkəsi haqqında ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.mumkundur.com

www.bankofbaku.com

www.facebook.com/bankofbaku  

Ən sərfəli krediti almaq üçün müraciət et