“Bank of Baku” yüzlərlə müştərisini bahalı hədiyyələrlə mükafatlandırdı! | Banco.az

“Bank of Baku” yüzlərlə müştərisini bahalı hədiyyələrlə mükafatlandırdı!

14 dekabr 2013-cü il tarixində “Bank of Baku”-nun daimi kredit müştəriləri olan “Dostlar klubu” üzvləri üçün stimullaşdırıcı lotereyanın ikinci tirajı keçirilib. Lotereyanın oynanılması ATV telekanalının canlı efirində nümayiş etdirilib. Lotereyanın xüsusi qonağı qismində Azərbaycanın xalq artisti Brilliant Dadaşova çıxış edib. Lotereya zamanı “Dostlar klubu”-nun 162 üzvü toplam 6,7 karat brilliant, 473 qram qızıl, 121 ədəd suvenir-gümüş sikkə, 12500 manatlıq kupon, həmçinin bonuslar və endirimli kredit hüququ qazanıb.

Tiraj zamanı Brilliant Dadaşova sevilən mahnılarını ifa edib və lotereya şən əhval-ruhiyyədə keçirilib. Canlı yayında çıxış edən “Bank of Baku”-nun nümayəndələri müştəriləri məmnun edəcək müxtəlif kampaniyalardan söz açıblar. Bildirilib ki, yaxın zamanlarda “Bank of Baku” müştərilər üçün yeni kampaniya və güzəştlər elan edəcək.

Tiraj zamanı müştərilərin eyniləşdirmə kodu elektron bazadan, bank tərəfindən yaradılmış xüsusi proqram vasitəsilə təsadüfi seçim əsasında seçilib.

Xatırladaq ki, “Dəyərli dostlara – dəyərli hədiyyə” adlı lotereyanın ilk tirajı noyabrın 27-i keçirilmişdir. Birinci tirajda qalib gəlmiş 555 nəfər iştirakçı öz bonus mükafatlarını alıb.

Ən sərfəli kredit üçün müraciət et

Hər iki tirajın toplam yekununa əsasən isə bankın 717 müştərisi mükafatlandırılıb.

Hazırda “Bank of Baku”-nun 126.000-dən çox müştərisi “Dostlar Klubu”-nun üzvüdür. “Dostlar Klubu” – “Bank of Baku” ilə 12 ay və daha artıq müddətdə əməkdaşlıq edən və müsbət kredit tarixçəsinə malik olan müştərilər üçün imtiyazlar təqdim edən bank təsisatıdır. “Dostlar Klubu”-na üzv olan müştərilərə xüsusi bonuslar və təcili hallar üçün xüsusi ekspress kredit xətti kimi imtiyazlar təqdim edir. Xüsusi bonuslar mobil danışıq dəqiqələri ilə əvəzlənə bilir, həmçinin kredit üzrə ödəniş komissiyasının ödənilməsinə yönləndirilə bilir.

İkinci tirajın nəticələri ilə bu keçiddən tanış olmaq mümkündür: http://www.bankofbaku.com/az/dostlar-klubu/results-of-the-second-dk-lott...

Daha ətraflı: www.facebook.com/bankofbaku  və ya 145 Məlumat Mərkəzi.

Ən sərfəli krediti almaq üçün müraciət et