“Bank of Baku” AMB-nin nağdsız ödənişlər üzrə liderliyini saxlayır | Banco.az

“Bank of Baku” AMB-nin nağdsız ödənişlər üzrə liderliyini saxlayır

Azərbaycan Respublikası Mərkəzi Bankının ölkəmizdə nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş xidmətlərindən istifadənin əhatə dairəsinin genişləndirilməsi istiqamətində apardığı fəaliyyət proqramı çərçivəsinə banklar arasında növbəti stimullaşdırıcı kampaniya keçirilmişdir. Ötən illərin nominasiyalarından fərqli olaraq, bu il banklar 4 nominasiyada iştirak ediblər: nağdsız ödənişlər üzrə lider bank, elektron bankçılıq üzrə lider bank, elektron  ticarətin inkişafında lider bank və təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə lider bank.

Münsiflər heyətinin qərarına əsasən 2014-cü ilin fəaliyyət hesabatına görə Bank of Baku yuxarıda qeyd olunan 4 nominasiyanın 3-də qaliblər sırasında yer alıb. Belə ki, Bank of Baku 2 nominasiyada, nağdsız ödənişlər üzrə lider bank və təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə lider bank seçilərək 1-ci yerə layiq görülmüş, elektron bankçılıq  üzrə lider bank nominasiyasında isə 2-ci yerə layiq görülmüşdür.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 2013-cü ilin yekun hesabatına əsasən də Bank of Baku nağdsız ödənişlər üzrə 1-ci yerə layiq görülərək lider bank seçilmişdir, elektron bankçılıq üzrə nominasiyada isə 3-cü yerdə qərarlaşmışdır.

Nağdsız ödənişləri dəstəkləməklə “Bank of Baku”Azərbaycan Respublikası Mərkəzi Bankının ölkədə nağdsız ödənişlərin stimullaşdırılması siyasətinə öz töhfəsini vermiş olur.

 “Bank of Baku”-ya məxsus kredit kartların əksəriyyətini Bolkart, loyal müştərilərə verilən “Dostlar Klubu” kartları, VİSA və MasterCard, həmçinin Mybrand’s və İdeal kobrend kredit kartları təşkil edir. “Bank of Baku”-nun lider bank olmasında Bolkart kredit kartının populyarlığının xüsusi çəkisi var. Belə ki, bu gün yüzminlərlə Azərbaycan vətəndaşı Bolkart-dan istifadə edir.

Ən sərfəli krediti almaq üçün müraciət et