Bank BTB xidmət şəbəkəsini genişləndirir | Banco.az

Bank BTB xidmət şəbəkəsini genişləndirir

Bank BTB ASC inkişaf strategiyası çərçivəsində yeni şöbəni müştərilərin xidmətinə verdi. Şöbə əhalinin sıx məskunlaşdığı yerlərdən birində Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 38, m 10 ünvanında yerləşir.

  Şöbədə bank lisenziyası çərçivəsində bank fəaliyyəti həyata keçiriləcək. Yeni xidmət nöqtəsi bankın müştəriləri geniş çeşidli bank məhsulları, sərfəli şərtlərlə depozit yerləşdirmək imkanı, pul köçürmələri, kommunal ödənişlər, kassa əməliyyatları və digər xidmətlərdən istifadə edə bilərlər. Müştərilər onları maraqlandıran məhsul və xidmətlər barədə ətraflı məlumat ala biləcək.

Ən sərfəli kredit üçün müraciət et

 Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür

Ən sərfəli krediti almaq üçün müraciət et