Azərbaycanda yeni bank məhsulu - “Visa Gift” | Banco.az

Azərbaycanda yeni bank məhsulu - “Visa Gift”

“Muğanbank” ASC müştərilərə Azərbaycan bank sektorunda yeni məhsul olan “Visa Gift” hədiyyə kartını təklif edir. Hədiyyə kartları layihəsi Muğanbank və VISA International beynəlxalq ödəniş sistemi tərəfindən birgə hazırlanmışdır. Kartların nominal məbləği  50, 100 və 150 AZN təşkil edir və kartı alan zaman ödənilir.

Qabaqcadan ödənilmiş (prepaid) “Visa Gift” hədiyyə kartları həm ölkə daxilində, həm də ölkədən kənarda  mal və xidmətlərin haqqının nağdsız ödənilməsi üçün nəzərdə tutulmuşdur.

“Visa Gift” hədiyyə kartı ilə, VISA kartlarının qəbul olunduğu istənilən yerdə, mağazalarda alış-veriş etmək, gözəllik salonlarının və fitnes mərkəzlərinin xidmətlərindən istifadə etmək, səyahət xərclərini ödəmək, təyyarə və qatar biletləri almaq,  kafe və restoranlarda hesabları ödəmək, habelə, bütün növ kommunal ödənişləri həyata keçirmək mümkündür.  

“Visa Gift” hədiyyə kartının sahibi kartdan, həmçinin, internet-mağazalarda mal almaq, onlayn oyunların abunə haqqını ödəmək, internet-hərraclarda iştirak etmək, musiqi, oyun və proqramların haqqını ödəmək, mobil rabitə, TV, internet və s. üçün ödəmələri həyata keçirmək üçün istifadə edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

“Visa Gift” hədiyyə kartlarını alan zaman 5 AZN məbləğində komissiya haqqı ödənilir.

“Muğanbank” ASC-nin İdarə Heyəti sədrinin müavini Rasim İsmayılov: “Yeni “Visa Gift” kartları unikallığı ilə seçilir. Çünki, kartları almaq üçün banka yaxınlaşmağa və növbədə gözləməyə ehtiyac yoxdur. Həmçinin, bu  kartları şəxsiyyət vəsiqəsini təqdim etmədən almaq mümkündür. Kartları “Muğanbank”ın filial və şöbələrindən, həmçinin, "Neptun", "Fresco", "Səbət" marketlərindən və digər pərakəndə satış nöqtələrindən əldə etmək mümkündür. “Visa Gift” kartına sahib olan hər kəs Muğanbankın istənilən filialına yaxınlaşıb pulsuz “Visa Gold” kartı ala bilər”.

Ən sərfəli krediti almaq üçün müraciət et