Azərbaycan Beynəlxalq Bankının ödəniş kartlarında böyük endirimlər | Banco.az

Azərbaycan Beynəlxalq Bankının ödəniş kartlarında böyük endirimlər

Azərbaycanda nağdsız ödənişlərin genişlənməsinə daim dəstək verən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir mühüm addım atıb. Bank müştərilərə təklif olunan ödəniş kartları üzrə xidmət haqqı tariflərinə yenidən baxıb və xidmət haqlarında 80%-ə qədər endirimlər edilib.

Məsələn, indi Visa Classic və MasterCard Standart kartlarını Azərbaycan Beynəlxalq Bankından cəmi 10 manata, Visavə MasterCardın Gold kartlarını 30 manata, Platinum kartlarını isə 50 manata əldə etmək olar.

Ölkəmizdə yeganə olaraq məhz Azərbaycan Beynəlxalq Bankının müştərilərə təqdim etdiyi "American Express"  ödəniş kartları üzrə xidmət haqlarında da böyük endirimlər var. Belə ki, "American Express"in  Green kartlarını indi cəmi 60 manata, Gold kartlarını isə 150 manata almaq mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

763 ATM-i, 11 mindən çox POS terminalı fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Bankının ödəniş kartları ən yüksək təhlükəsizlik standartları ilə təmin edilib. Bu kartları Bankın bütün filial və şöbələrində sifariş vermək olar. Yeni fəaliyyət mərhələsində olan Azərbaycan Beynəlxalq Bankı effektivliyin artırılması, bankın məhsul və xidmətlərinin rəqabət qabiliyyətinin gücləndirilərək satışının stimullaşdırılması, ən əsası isə müştəri məmnuniyyətinin yüksəldilməsi üçün lazımi tədbirləri davam etdirir.

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et