Azərbaycan Beynəlxalq Bankı forumda iştirak etməyib | Banco.az

Azərbaycan Beynəlxalq Bankı forumda iştirak etməyib

Azərbaycan Beynəlxalq Bankı 20-22 aprel 2017-ci il tarixində Yalta şəhərində keçirilən III Beynəlxalq İqtisadi Forumunda ABB nümayəndələrinin iştirakı barədə mətbuatda yayılan xəbərləri təkzib edib. Bankın mətbuat xidmətindən verilən məlumata görə, Bank bu forumda təmsil olunmayıb.

Mətbuat xidmətinin açıqlamasında Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq ABB-də əsas diqqətin hazırda sağlamlaşdırma tədbirlərinə yönəldiyi və bu cür forumlarda iştirakın planlaşdırılmadığı bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et