Avroviziya mahnı müsabiqəsini canlı izləmək imkanı! | Banco.az

Avroviziya mahnı müsabiqəsini canlı izləmək imkanı!

Expressbank-ın Visa kartları ilə dünyanın ən məşhur televiziya müsabiqələrindən biri olan Avroviziya Mahnı Müsabiqəsininin yarımfinalını canlı izləmək üçün Kiyev şəhərinə VİP səfər hədiyyə qazana bilərsiz. Bunun üçün sadəcə bankın Visa ödəniş kartları ilə respublika ərazisində və ya xaricdə istənilən ticari-xidmət müəssisəsində, həmçinin İnternet şəbəkəsində məhsullar və ya xidmətlər üzrə istənilən məbləğdə nağdsız əməliyyat aparmaq və tranzaksiyanı www.visa.com.az saytında onlayn qeydiyyatdan keçirtmək yetərlidir.

Lotereya 6 mart - 20 aprel 2017 tarixlərində Expressbank-ın istənilən Visa kartı ilə ödəniş edən müştərilər arasında keçirilir. Lotereyanın şərtlərinə əsasən 5 iştirakçı VIP səfər qazana biləcək.

Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər VisaElectron kartlarını 6 AZN, VisaClassic kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə VisaGold, 800 AZN ilkin mədaxil ilə isə VisaPlatinum kartlarını pulsuz sifariş etmək mümkündür. Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərinizi gəlirə çevirə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

 

Ən sərfəli krediti almaq üçün müraciət et