«ABB-Moskva» Rusiya banklarının mənfəət üzrə renkinqində 224-cü yeri tutub | Banco.az

«ABB-Moskva» Rusiya banklarının mənfəət üzrə renkinqində 224-cü yeri tutub

Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə qurumu olan «ABB-Moskva» bankı «RBC» agentliyi tərəfindən Rusiya banklarının 2013-cü ilin yanvar-sentyabr aylarında əldə etdiyi mənfəət üzrə hazırlanan renkinqdə 224-cü yeri tutub. «APA-Economics»in xəbər verdiyi kimi, bankın üç rüblük mənfəətinin həcmi 112,9 mln. rubl (2,7 mln. manat) təşkil edib.

Qeyd edək ki, bankın mənfəəti illik müqayisədə 60,9% artıb. Bununla yanaşı, Bankın aktivlərinin həcmi son bir ildə 14,4% artaraq oktyabrın 1-nə 28,587 mlrd. rubl (677,5 mln. manat) təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Mənfəət üzrə renkinqə 286,166 mlrd. rubl (6,8 mlrd. manat) göstərici ilə «Sberbank» başcılıq edir. Sonrakı yerlərdə «VTB» (48,322 mlrd. rubl və ya 1,145 mlrd. manat) və «Qazprombank» (32,021 mlrd. rubl və ya 758,9 mln. manat) qərarlaşıb. Ümumilikdə, renkinqdə 753 bank yer alıb. 

 

Ən sərfəli krediti almaq üçün müraciət et