35 günədək faiz hesablanmadan kredit | Banco.az

35 günədək faiz hesablanmadan kredit

Expressbank həm debet, həm kredit xətti xüsusiyyətlərini özündə birləşdirən və bir sıra digər üstünlüklərə malik Expresso kartı təqdim edir.

Expresso kart istifadə müddəti 48 ay olmaqla müştərilərə 35 günədək güzəşt müddəti ilə kredit xətti təklif edir. Yəni müştəri istifadə etdiyi məbləği növbətin ayın 5-dək əlavə faiz hesablanmadan ödəyə bilər. Kart üzrə kredit xətti  gəlirləri təsdiq edən sənəd əsasında illik 28% dərəcəsi ilə rəsmiləşdirilir. Ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə edilə bilər.

Bundan əlavə Expresso kart yığım imkanı, “cashback”, əlavə qazanc, sərbəst dizayn seçimi olan təmassız kartdır. Üstəlik kartın hesabını istənilən  vaxt ExpressPay ödəniş terminalı ilə də artırmaq mümkündür. SMS-Banking xidməti isə tam pulsuzdur.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et