2015-ci ilin yekunlarına görə PAŞA Bank “Azərbaycanın ən yaxşı bankı” adına layiq görülmüşdür | Banco.az

2015-ci ilin yekunlarına görə PAŞA Bank “Azərbaycanın ən yaxşı bankı” adına layiq görülmüşdür

Bakı, 10may,2016 il.Vyanada “Europe Banking Awards 2015” nüfuzlu mükafat laureatlarının elan olunması üçün rəsmi mərasim keçirilmişdir. “EMEA Finance” Britaniyanın hər il nəşr edilən maliyyə jurnalının reytinqinə görə ölkənin iri maliyyə institutlarından biri – PAŞA Bank “Azərbaycanın ən yaxşı bankı” elan edilmişdir.

Təntənəli mükafatlandırma mərasimində PAŞA Bankın İdarə Heyətinin üzvü Şirin Əliyevanın qeyd etdiyi kimi Bank mükafatın alınmasını təkcə bankın və kollektivin deyil, müştərilərinin də uğuru kimi dəyərləndirir.

“Makroiqtisadi nöqteyi-nəzərdən mürəkkəb olan 2015-ci ili müvəffəqiyyətlə başa çatdırmağımızın əsas səbəblərindən biri bazar konyunkturasının vaxtında qiymətləndirilməsi və preventiv qaydada risklərin tənzimlənməsi proseslərinin gücləndirilməsidir. Müştərilərimiz ilə sıx dialoqa vaxtında təşəbbüs göstərilməsi və onların işgüzar fəaliyyəti üçün mümkün problemlərin üzə çıxarılması sahibkarların bazarda öz mövqelərini saxlamasına və möhkəmləndirməsinə, bizim isə kredit portfelinin keyfiyyətini gücləndirməyimizə imkan yaratmışdır. Avropanın bu nüfuzlu mükafatına növbəti dəfə layiq görülməyimiz regionun sahibkarlarının PAŞA Bankın xidmətlərindən istifadə edərək peşəkar təcrübədən yararlanmaq, həmçinin öz biznes fəaliyyəti üçün lazımı maliyyə dəstəyini almaq imkanı əldə etməsi faktını təsdiqləyir”, - Ş. Əliyeva yekunlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd etmək lazımdır ki, keçən il də Bankın fəaliyyəti bu nüfuzlu mükafat ilə qiymətləndirilmişdir, 2011-2013-cü illər arasındakı müddətdə “EMEA Finance” PAŞA Bankı ölkənin “Ən yaxşı sərmayə bankı” elan etmişdir. Həmçinin, “Europe Banking Awards 2012” çərçivəsində PAŞA Bank “Avropada korporativ sosial məsuliyyət üzrə ən yaxşı proqram” nominasiyası üzrə mükafata layiq görülmüşdür.

"Europe Banking Awards"un qalibləri dünyanın aparıcı ekspertləri - maliyyə sənayesinin analitikləri və bank məsləhətçilərinin iştirak etdiyi səsvermənin nəticələrinə görə müəyyən edilir. İnkişaf etməkdə olan ölkələrin bank sektorunun təhlili zamanı aktivlərin artımı, mənfəətlilik, strateji münasibətlərin inkişafı, müştərilərə xidmət sahəsi, rəqabətə dözümlülük səviyyəsi, innovasiya məhsulları istiqaməti və s. meyarlar nəzərə alınır.

Ən sərfəli krediti almaq üçün müraciət et