Valyuta siyasəti | Banco.az

Valyuta siyasəti

Valyuta siyasəti (curency policy) – dövlət tərəfindən valyuta məzənnəsinin tənzimlənməsi məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, inzibati tədbirlərin kompleksi: valyuta siyasətinin həyata keçirilmə formaları:a) diskont siyasəti – mərkəzi bankın uçot dərəcəsinin dəyişdirilməsi yolu ilə valyuta məzənnəsinin tənzimlənməsi;b) valyuta müdaxiləsi – valyuta bazarlarında tələb və təklifin tarazlaşdırılması məqsədilə  mərkəzi  bankın  valyutaların alqı-satqısı əməliyyatlarında müntəzəm iştirakı;c) devalvasiya (milli valyutanın xarici valyutalara nisbətən məzənnəsinin məsədyönlü uçotlaşdırılması) və revalvasiya (milli valyutanın xarici valyutalara nisbətən məzənnəsinin qaldırılması).ç) valyuta məhdudiyyətləri – valyuta əməliyyatlarının inzibati tədbirlər və qanunverici aktlarla qadağan olunması və ya limitləşdirilməsi nəzərdə tutulur.

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç