Pul aqreqatları | Banco.az

Pul aqreqatları

Bir-biri ilə likvidlik səviyyəsinə görə, başqa sözlə nağd pul vəsaitinə daha tez çevrilə bilmə imkanlarına görə fərqlənən pul vəsaitlərinin növləri, ölkədə pul kütləsinin struktur göstəriciləridir. Müxtəlif ölkələrdə pul aqreqatları və onların tərkibi fərqlənir. AR-da M0, M1, M2 və M3 aqreqatlarından istifadə olunur:
M0=ödəniş vəsaiti kimi ani istifadə olunan pul kütləsinin ən likvid hissəsi. Dövriyyədə olan banknot və sikkələr.
M1=M0+tələb olunanadək əmanət və depozitlər; M2=M1+müddətli əmanət və depozitlər;
M3=M2+sərbəst dönərli valyutada əmanət və depozitlər.

Ən sərfəli krediti almaq üçün müraciət et