Lizinq | Banco.az

Lizinq

Lizinq (leasing) – maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, istehsal qurğularının, uzun müddət işlədilən malların və s. icarə forması; onların uzun müddətə icarəyə götürülməsi. Bu icarə formasının tətbiqi icarəçiyə böyük məbləğdə ilkin kapital qoyuluşları sərf etmədən müasir, baha və yüksək qiymətli texnikadan istifadə etmək və icarə haqqını yavaş-yavaş həmin avadanlıqların və dikər texniki vasitələrin istismarından əldə olunan mənfəət hesabına ödəməyə imkan verir; icarəyə verən isə tərəf-müqabilinin borcunu ödəyə bilməmək riskinin əhəmiyyətli dərəcədə azaldığına əmin olaraq satış həcmini artıra bilir. Çox zaman lizinq müqavilələrində icarə vaxtı bitdikdən sonra icarəçinin istismar etdiyi əmlakı satın alması hüququ nəzərdə tutulur. Başqa sözlə, lizinq şirkətləri avadanlıq alıb 5-8 il və daha çox müddətə icarədar müəssisəyə, şirkətə və ya firmaya icarəyə verir. İcarədar firma əmlakdan istifadə etdikcə tədricən lizinq şirkətlərinə öz borclarını ödəyir. Müqavilənin müddəti başa çatdıqdan sonra icarədar qalıq məbləğlər dəyəri ilə avadanlığı almaq hüququna malikdir. Bu mülkiyyət hüququ onun yeni sahibinə keçir; müqavilənin vaxtını uzatmaq
– yeni saziş bağlamaq; maddi sərvətləri (dəyərləri) lizinq şirkətlərinə qaytarmaq hüququ qazanır. Maşın və avadanlıq əldə olunması üçün lizinq şirkətləri özünün şəxsi vəsaitindən və ya borç aldığı vəsaitdən də istifadə edə bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et