Likvidlik | Banco.az

Likvidlik

Likvidlik —  aktivərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Aktivlərin pula çevrilmə imkanı əks etdirən iqtisadi termin likvidlik kimi müəyyən olunur. Daşıdığı ümumi anlamdan əlavə bu terminin daha konkret mənalarda işləndiyi məqamlar da vardır. Bank, müəssisə, qiymətli kağızlar, bazar, yatırımlar və s ilə münasibətdə işlənməsindən asılı olaraq həm likvidliyin müəyyən edilməsi üsulları, həm də terminin özünün izah variantları bir-birindən fərqlənir. Likvidlik – sadəcə maddi dəyərləri pula çevirmək baxımından nəzəri imkan deyil, o həm də bunu cəld, rahat və maksimal dərəcədə faydalı şəkildə həyata keçirməkdir. Bu nisbi parametrlərdən asılı olaraq likvidliyin nisbi kəmiyyətini müəyyən edirlər. Yaxşı likvidlik göstəricisi və qeyri likvidlik kifayət qədər şərti xarakter daşıyır. Bu zaman bir sıra faktorlar nəzərə alınmalıdır.

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç