Çirkli pulların yuyulması | Banco.az

Çirkli pulların yuyulması

“Çirkli pulların yuyulması” (money laundering) – qeyri-qanuni yolla əldə edilmiş gəlirlərin leqallaşdırılması prosesidir. Qeyri-qanuni gəlirlər dedikdə isə, narkotik maddələrin və silahların qeyri-qanuni alverindən, qaçaqmalçılıqdan, korrupsiyadan, gizli iqtisadiyyatdan, şantajdan və maliyyə dələduzluğundan əldə edilmiş vasitələr nəzərdə tutulur. “Çirkli pulların yuyulması”na qarşı tədbirləri koordinasiya edən və mütəmadi monitorinqlər aparan iki beynəlxaq qrup mövcuddur. Bunlar Maliyyə Cinayətləri ilə Mübarizə üzrə Beynəlxalq Qrup (FATF) və Avropa Şurasının “Money Wall” adlanan xüsusi ekspert qrupudur. “Çirkli pulların yuyulması” prosesinin realizə mexanizmi konkret maliyyə-bank əməliyyatlarından ibarətdir.

Ən sərfəli krediti almaq üçün müraciət et