Aktivlər | Banco.az

Aktivlər

Aktivlər (assets) – mühasibat termini olub geniş mənada müəssisənin sahib olduğu bütün maddi varlıqları əhatə edir. Müəssisənin aktivlərinin cəmi “balance sheet” sənədində onun öhdəliklərinin cəminə bərabər olmalıdır. Beynəlxalq mühasibatlıqda aktivlərin aşağıdakı təsnifatı mövcuddur: (a) cari aktivlər – nağd pullar, qiymətli kağızlar, bank depozitləri və nağd pula mümkün qədər tez çevrilə bilən digər predmetlər; (b) ticarət investisiyaları – “qız” və ya birgə kompaniyalara investisiyalar; (c) “fixed” aktivlər – torpaq, binalar, fabriklər, maşın və avadanlıqlar, mebellər; (d) qeyri-maddi aktivlər – qudvill (xoşməramlı, müsbət reputasiya), patentlər və s.

Ən sərfəli krediti almaq üçün müraciət et