Bol Kart | Banco.az
Qiyməti: 
0
Mağaza sayı: 
1 000
Kartın istifadə müddəti (il): 
3
Nağdlaşdırma %-i: 
2.50
Cərimə dərəcəsi: 
1.00
Bonus: 
0.00
Əlavə məl.: 

Bolkart - üstünlükləri bol, tamamilə pulsuz, bərpaolunan limitli və çox faydalı kredit kartıdır.

Bolkartı bankla partnyor olan tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, habelə restoran, supermarket və digər ticarət obyektlərində istifadə etmək olar.

Siz 1500 manat limiti olan Bolkart-a sahibsiniz. Oktyabr ayı ərzində mebel mağazasından (“İndi al, 12 aya ödə” partnyoru) 900 manata divan, parfümeriya mağazasından (“ İndi al, 6 aya ödə” partnyoru) 150 manata parfümeriya aldınız.

Eyni zamanda, həmin ay ərzində bankla partnyor restoranda (“ İndi al, 1 
aya ödə” partnyoru) cəmi 90 manat dəyərində bir neçə dəfə şam etdiniz (kart hesabınızdakı balansınız 1500-900-150-90=360 manat olur).

Hər 3 halda Bolkart istifadə etdiyiniz üçün Sizin cibinizdən heç bir nağd vəsait çıxmır və noyabr ayının 10-dək aşağıda göstərilən ödənişi edirsiniz:

divan üçün 900/12=75 AZN

parfümeriya üçün 150/6=25 AZN

şam yeməkləri üçün 90 AZN

 

Beləliklə, cəmi 190 manat. Ödədiyiniz məbləğ növbəti gün kart hesabınızda bərpa olur və Sizin balansınızda istifadə üçün 550 manat (=1500-900-150-90 
190) vəsait yaranır.

 

Bolkartın rəsmi saytı - http://bolkart.az/