"Zoom"dan radikal satınalma addımı | Banco.az

"Zoom"dan radikal satınalma addımı

Tamara Mustafayeva, Banco.az

Məşhur video-konfrans tətbiqi "Zoom" dil problemini aradan qaldırmaq məqsədilə maşın tərcüməsi sistemlərində aparıcı startaplardan hesab edilən "Kites GmbH"ı (Karlsrue İnformasiya Texnologiyaları Həlləri) satın alıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, 2015-ci ildə əsası qoyulan "Kites"ın 12 elm adamından ibarət komandası "Zoom"un mühəndis heyətinin məhsuldarlığını artırmağa dəstək olmaqla  maşın tərcüməsi sahəsində təkmilləşmələrinə köməklik göstərəcək, bununla da tətbiq istifadəçilərinin sinxron və çoxdilli tərcümə xidməti ilə təmin edilməsinə şərait yaradacaq.

Qeyd edək ki, iki şirkət arasında əldə edilən razılığın şərtləri isə hələ ki, ictimaiyyətə açıqlanmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et