Ziraat Bank ili necə başa vurdu? - MALİYYƏ NƏTİCƏLƏRİ | Banco.az

Ziraat Bank ili necə başa vurdu? - MALİYYƏ NƏTİCƏLƏRİ

"Ziraat Bank Azərbanyan" 2017-ci il 30 dekabr tarixinə olan maliyyə nəticələrini açıqlayıb.

Belə ki, sözügedən dövrdə bankın aktivləri 186,666 mln. manat, öhdəlikləri isə 120,770 mln. manat olub. Aktivlərin tərkibində kredit portfeli 67,884 mln. manat təşkil edib. Bankda yerləşdirilən depozitlərin həcmi isə 80,128 mln. manat olub. 

Ziraat Bank 1 il ərzində kapitalını artırmağı bacarıb. 

2016-cı ilin son rübü ilə müqayisədə bankın kapitalı 8,7% və ya 5 mln. manat artaraq 65,896 mln. manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bank ötən ili mənfəətlə başa vurub.

Ötən il ərzində 6,256 mln. manat əməliyyat mənfəəti əldə edən Ziraat Bank, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 1,231 mln. manat ayırıb. 962 min manat mənfəət vergisi ödədikdən sonra bankın xalis mənfəəti 4,064 mln. manat olub.

Tam hesabatla buradan tanış ola bilərsiniz:

Balans hesabatı

Mənfəət və zərər hesabatı

Ən sərfəli krediti almaq üçün müraciət et