Ziraat Bank Azərbaycan YENİ VAKANSİYA elan edir | Banco.az

Ziraat Bank Azərbaycan YENİ VAKANSİYA elan edir

 “Ziraat Bank Azərbaycan” ASC Filiala Baş mütəxəssis/ Aparıcı mütəxəssis/ Mütəxəssis vəzifələrinə işə dəvət edir.

Vəzifəyə olan tələblər:

  • Ali iqtisadi/maliyyə təhsili;
  • Yaşı – 25-35 arası;
  • Orta sahibkarlığın  və/ və ya Korporativ biznesin maliyyələşdirilməsi sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını hazırlamaq və təhlil etmə bacarıqları;
  • Analitik düşünmə bacarığı;
  • Əldə olunmuş məlumatlar əsasında sifariş olunan öhdəliklərin borcalan tərəfindən ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri izləmək, proqnoz hesabatlar hazırlamaq, sifarişin məqsədəuyğunluğunu və effektivliyini qiymətləndirmək, buna dair hesabat hazırlamaq;
  • Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
  • Banklarda hesabların açılması və aparılması, Sənədli əməliyyatlar (akkreditiv və təminat məktubları) və korporativ müştərilərin günlük bank əməliyyatlarına dair iş təcrübəsi;
  • Rus, Türk və İngilis dil bilikləri müsbət qarşılanır;
  • Sumqayıt şəhərində yaşayanlara üstünlük verilir;
  • Kompüter bilikləri (MS Office, Internet);
  • İş təcrübəsindən asılı olaraq vəzifə təklif olunacaqdır.

Əsas vəzifələr:

Ən sərfəli kredit üçün müraciət et

  • Bankın məhsulları haqqında müştərilərə məsləhət xidmətləri göstərmək;
  • Müştəri haqqında məlumat toplamaq;
  • Potensial müştərilərin cəlb olunması ilə bağlı araşdırmalar aparmaq;
  • Maliyyə təhlili üzrə biliklərə sahib olmaq;
  • Müştərilər üçün kredit və kommersiya təkliflərini hazırlamaq;
  • Müştərilərə bankın göstərdiyi başqa xidmətlər üzrə məlumat vermək;
  • Müştərilər üzrə geniş təhlil hesabatlarını (biznes fəaliyyətinin izahı, maliyyə hesabatları)  hazırlamaq. 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını may ayının 15-dək cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “SME Kredit Mütəxəssisi” qeyd etməyiniz vacibdir.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç