“Ziraat Bank Azərbaycan” 13-cü Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı Caspian Agro sərgisində dəstəkçi olaraq iştirak edir | Banco.az

“Ziraat Bank Azərbaycan” 13-cü Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı Caspian Agro sərgisində dəstəkçi olaraq iştirak edir

15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı Caspian Agro sərgisi keçirilməkdədir.

Burada Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və “ZiraatBank Azərbaycan” ASC nin dəstəyi ilə qida sənayesi sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlar öz məhsul və xidmətlərini təqdim edirlər.

Sərgi çərçivəsində , Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə "Ziraat Bank Azərbaycan" ASC arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “ZiraatBank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Avni Demirci imzalayıblar. Sənəddə kiçik və orta sahibkarlığa dəstək məqsədilə bir sıra tədbirlərin və layihələrin reallaşdırılması nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Ziraat Bank Azərbaycan” ASC qurulduğu gündən etibarən Azərbaycanda fəaliyyət göstərən kiçik və mikro sahibkarların inkişafının, sənayemizin dirçəliş dövründə çox ciddi əhəmiyyəti olduğunu nəzərə alaraq bu sahənin inkişafına, istehsal sektorunda olan iri və xırda sahibkarların öz bizneslərinin qurulmasına və lahiyələrinin maliyyələşməsinə dəstəyini əsirgəmir.

Torpağımızın hər bir parçasının dəyərini bildiyimiz üçün istehsalın hər bir sahəsinə öz dəstəyimizi göstərməyə davam edəcəyik.

Ən sərfəli krediti almaq üçün müraciət et