Zimbabve dolları yeni valyuta ilə əvəz ediləcək | Banco.az

Zimbabve dolları yeni valyuta ilə əvəz ediləcək

Müəllif:Ayşən İmanova/Banco.az

Zimbabve Ehtiyat Bankı yeni valyutanı - Zimbabve Qızılını (və ya ZiG) təqdim edir.

Banco.az xəbər verir ki, ZiG Zimbabve dollarını əvəz edəcək və qızıl, digər qiymətli metallar və xarici valyutalarla dəstəklənəcək.

Milli Mərkəzi Bankın rəhbəri Con Muşayavanhu bildirib ki, yeni valyuta pul və maliyyə münasibətlərini sadələşdirəcək, onlara müəyyənlik gətirəcək və proqnozlaşdırılmada kömək edəcək.

Qeyd edək ki, Zimbabvedə illik inflyasiya əvvəlki milli valyutanın iflası və ölkə iqtisadiyyatının ABŞ dollarından asılılığı fonunda bir ay əvvəlki 47%-dən artıq mart ayında 55%-ə qədər sürətlənib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et