Zaminsiz kredit verən banklar - SİYAHI | Banco.az

Zaminsiz kredit verən banklar - SİYAHI

Günümüzdə banklardan kredit əldə etmək çətinləşib. İş yerindən arayış, kredit tarixçəsi, əmək haqqının minimum həddi, girov kimi vacib tələblər var.

Bu tələblərdən biri də, zamin tələbidir. Bəzi kreditlərdə hətta, 2 zamin belə tələb olunur.

Banco.az olaraq sizlər üçün zaminsiz nağd pul krediti təklif edən bankları araşdırdıq. Heç bir zamin olmadan və girov qoyulmadan bəzi banklardan müəyyən olunmuş məbləğdə istehlak krediti götürə bilərsiniz.

Zaminsiz kredit verən banklar və onların şərtləri aşağıdakı CƏDVƏLDƏ:

(Qeyd edək ki, cədvəldə qeyd olunan kredit məbləği bankların zaminsiz təklif etdiyi məbləğdir və zamin vasitəsilə daha yüksək məbləğdə kredit əldə etmək mümkündür).

Bank

Məbləğ(AZN)

Müddət (Ay)

Faiz

Bank BTB

300-2.000

3-36

29-31%

Bank Respublika

500-5.000

36

min. 26%

Expressbank

300-3.000

3-36

27-28%

NBC Bank 

maks. 2.500

12-60

29-32%

Nikoil Bank

500-5.000

6-36

26-29%

Rabitəbank

300-2.000

3-36

26-30%

Unibank

300-15.000

3-36

23-33%

Ən sərfəli kredit üçün müraciət et

- Bank Respublika-nın şərtlərinə əsasən əmək haqqı minimum 400 AZN olan şəxslərə 5000 AZN-dək zaminsiz kredit verilə bilər.

Bu növ zaminsiz nağd pul kreditlərini əldə edərkən şəxsiyyət vəsiqəsi, iş yerindən arayış təqdim etmək lazımdır ki, bir çox hallarda da əmək haqqının 6 və ya 12 aylıq çıxarışı tələb oluna bilər. Həmçinin, kredit mütəxəssisləri sizin rəsmi gəlirlərinizi, xərclərinizi və kredit tarixçənizi analiz etdikdən sonra sizə zaminsiz kredit verilib verilməyəcəyinə qərar verə bilərlər.

Qeyd edək ki, "Bank of Baku", "Kapital Bank", Beynəlxalq Bank" və "Yapı Kredi Bank"-dan da zaminsiz kredit əldə etmək mümkündür. Lakin, bu banklarda zamin tələbi hər bir müştəri üzrə ekspert tərəfindən fərdi şəkildə araşdırma aparıldıqdan sonra müəyyən edilir.

Ən sərfəli krediti almaq üçün müraciət et