Zamanı idarə etməyin 15 qaydası | Banco.az

Zamanı idarə etməyin 15 qaydası

1. Yaddaşınıza arxayın olmayın. Görəcəyiniz işləri yazılı şəkildə qeyd edin və yadda saxlamaqla beyninizi yormayın.

2. Prioritetlərdən ibarət siyahı hazırlayın. Bununla, siz bütün diqqətinizi ən önəmli işlərə yönəldə biləcək və gərəksiz işlərə vaxt sərf etməyəcəksiniz.

3. Hər həftənin sonunda növbəti həftə ərzində görəcəyiniz işlərin siyahısını hazırlayın. Bu plan sizə həftə ərzində səmərəli işləməyə imkan verəcək.

4. Hər zaman çantanızda qeyd kitabçası və ya diktofon olsun. Çünki maraqlı ideyaların hamısını yadda saxlaya bilməzsiniz, qeyd aparmaq mütləqdir.

5. Əgər qarşı tərəfin tələbləri sizin məqsədlərinizlə uzlaşmırsa, o zaman onun tələbini qəbul etməyin. İnsanlara "yox" deməyi öyrənin.

6. Hər hansı bir işə başlamazdan əvvəl bir qədər fikirləşin. Bu mühakimə sizi düşünülməmiş addım atmaqdan və boş vaxt itkisindən qoruya bilər.

7. Özünüzü daha da təkmilləşdirmək istiqamətində planlar qurun və bu planların icrasına vaxt ayırın.

8. Gördüyünüz işin mənasını və əhəmiyyətini özünüz üçün aydınlaşdırın. Çünki insan öz vaxtını nəyə sərf etdiyini bilməlidir. Unutmayın ki, gördüyünüz bütün işlər sizin üçün əhəmiyyətli olmalıdır. Çünki məhz onlar sizi öz məqsədinizə çatdıra bilər.

9. Zamanı idarə etmək üçün yaratdığınız fərdi sistemə sizə daha effektiv görünən üsulları daxil etməyə və həmin üsullardan müntəzəm olaraq, istifadə etməyə çalışın.

Ən sərfəli kredit üçün müraciət et

10. Zərərli vərdişlərin mövcudluğu baxımından özünüzü qiymətləndirin. Unutmayın ki, zərərli vərdişlər sizin vaxtınızı alır. Zərərli hesab etdiyiniz vərdişlərin siyahısını hazırlayın və növbə ilə onlardan xilas olmağa çalışın. Zərərli vərdişlərdən xilas olmağın ən effektiv yolu onları faydalı vərdişlərlə əvəz etməkdir.

11. Daha çalışqan və əməksevər görünmək üçün başqalarının əvəzinə onların işini görməyin. Çünki bununla siz vaxt itirəcək və özünüz üçün əhəmiyyətli olan bir işin icrasını təxirə salmalı olacaqsınız.

12. Məqsədinizə doğru gedən yolda qazandığınız nailiyyətləri qeyd etmək üçün kitabçanız olsun. Uğurlarınızı mütəmadi olaraq, həmin kitabçada qeyd edin və bu siyahını hər gün oxumağa çalışın. Bununla, siz doğru yolda addımladığınızdan əmin ola bilərsiniz.

13. "Hər bir tapşırıq ən yaxşı üsulla həll edilməlidir" deyə bir qayda yoxdur. Mükəmməlçi insan olmamağa çalışın.

14. Özünüzü çoxsaylı tapşırıqların icrası ilə yormayın. Əgər sizin təxirəsalınmaz və mühüm işləriniz varsa, o zaman ilk öncə onları həll etməyə çalışın. İkinci dərəcəli işləri isə daha sonraya saxlayın.

15. Effetivlik sizi aldatmasın. Siz cari vaxt üçün əsas hesab olunmayan bir işi səmərəli şəkildə yerinə yetirə bilərsiniz. İcrası vacib olan işlər isə zamanında yerinə yetirilməyə bilər. Bu halda, sizin öz vaxtınızdan səmərəli şəkildə istifadə etdiyinizi demək olmaz. Elə ona görə də, hər zaman ən önəmli işlərin effektiv icrasına istiqamətlənin.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç