Yunanıstan BVF-dən yenə möhlət istəyir | Banco.az

Yunanıstan BVF-dən yenə möhlət istəyir

Daxili İşlər Naziri bildirib ki, Yunanıstanın  iyunda BVF-ə olan borcunun ödənilməsi üçün pulu yoxdur…

Yunanıstanın iyun ayında Beynəlxalq Valyuta Fonduna (BVF) olan borcunun növbəti hissəsini ödəmək üçün heç bir maliyyə vəsaiti yoxdur. Bu haqda may ayının 24-də Yunanıstanın Daxili İşlər və İnzibati İslahatlar naziri Nikos Vutsis  mətbuata müsahibə zamanı zaman bildirib.

5 və 19 iyuna planlaşdırılan BVF tranşı 1,6 milyard avro təşkil edir. “Maliyyə vəsaiti olmadığına görə bu vəsait köçürülməyəcək – nazir bildirib, - Bu məlum faktdır və yaxın gələcəkdə razılıq əldə olunacağı ümidi ilə danışıqları davam etdiririk”.

 Vutsis vurğulayıb ki : "Afina, kreditorların istifadə etdiyi boğulma strategiyası qarşısında geri çəkilməyəcək”. O qeyd edib ki: "Daha məntiqi razılığa gəlmək üçün vaxt yetişmişdir”.

Yunan nazir tərəfdaşları ilə ciddi fikir ayrılıqlarının olduğunu bildirib. "Ən qısa zamanda bu ziddiyyətlər aradan qaldırılacaq və sağlam məntiq qələbə çalacaq, biz ölkə üçün inkişaf proqramının icrasına keçəcəyik”, - deyə o vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Vutsisin sözlərinə görə, hər bir müqavilə parlament tərəfindən təsdiq olunmalıdır. Lakin nazir yeni müqaviləyə dair referendum ehtimalını da istisna etmir. "Yunan xalqı seçim etməlidir - birbaşa və ya dolayısı", - daxili işlər naziri bildirib.

Yunanıstan və beynəlxalq kreditorlar, ölkədə islahatların yeni bir planı barədə razılığa gəlməlidirlər, hansı ki bu plan üçüncü dəfə Afinaya  Beynəlxalq ikinci makro-maliyyə yardımı proqramını uzatmağa və Yunanıstaba yardım paketi çərçivəsində qalan 7,2 milyard avro vəsaiti köçürməyə imkan verəcək.

Başlanğıcda, ikinci proqram keçən ilin sonuna qədər nəzərdə tutulmuşdu, lakin öncə birinci iki ay, sonra isə yenə dörd ay üçün, yəni iyun ayının sonuna qədər uzadıldı. İndi isə proqramın yerinə yetirilməsi müddətinin bütün 2015-ci il üçün prolonqasiyası  müzakirə olunur. Eyni zamanda, bir çox ekspertlər hesab edirlər  ki, Afinalıların maliyyə bazarlarına müstəqil çıxış əldə edə bilmələrindən öncə Yunanıstanın əlavə vəsaitə ehtiyacı olacaq, üçüncü yardım paketi formalaşmasına gətirib çıxara bilər.  

Ən sərfəli krediti almaq üçün müraciət et