Yoxsulluqdan 9 milyard dollarlıq sərvətə gedən uğur hekayəsi | Banco.az

Yoxsulluqdan 9 milyard dollarlıq sərvətə gedən uğur hekayəsi

WhatsApp necə quruldu?

Təqribən 9.5 milyard dollarlıq bir sərvətin sahibi olan 41 yaşındakı Jan Koum Sovetlər İttifaqı zamanı Ukraynada su gəlməyən bir evdə böyüyüb 1.2 milyard insan tərəfindən istifadə edilən mesajlaşma tətbiqi WhatsApp – ı yaratdı.

Facebook 2014 – cü ildə WhatsApp – ı 19 milyard dollar qarşılığında satın aldığı zaman Jan Koum idarə heyətinin sədri oldu. Bununla da onun sərvəti demək olar ki, zirvəyə çatdı.

Koum hazırda WhatsApp komandasına rəhbərlik edir. Sözügedən tətbiq ən çox Hindistan və Braziliya kimi inkişaf etməkdə olan ölkələrdə istifadə edilir. Koum ötən il Facebook şirkətindəki səhmlərinin yarıdan çoxunu təqribən 5 milyard dollara satdı.

Odur ki, gəlin, Jan Koum-un ilham verici həyat hekayəsi və WhatsApp platformasının quruluş tarixçəsi ilə tanış olaq.

Jan Koum 1976 – cı ildə Ukraynada dünyaya gəlmişdir. Onun doğulduğu evdə su belə yox idi.

Koum Kiyev ətrafında keçən uşaqlıq illərini belə xatırlayır:

“Yaşadığımız yer o qədər pis idi ki, oxuduğum məktəbdə sanitariya qovşağı belə yox idi. Ukraynada qış fəsli çox soyuq keçir, -20 dərəcəyə qədər enən soyuq havanı düşünün, belə havalarda bütün uşaqlar ayaq yolu ehtiyacını qarşılamaq üçün məktəbin qarşısındakı avtodayanacağa qədər getməli olurdular. Cəmiyyət olduqca qapalı idi. Bəlkə də, “1984” adlı kitabı oxumusunuz, bizim yaşadıqlarımız məhz həmin kitabda yazılanların eynisi idi.”

Koum 16 yaşında anası ilə birlikdə ABŞ – a köçür. Yəhudilərə qarşı olan kommunist əhatəni geridə qoyaraq Koliforniyada kiçik bir mənzildə məskunlaşırlar. Yemək çekləri ilə dolanan ana-oğul yeni evlərində xoşbəxtliyi tapırlar.

Məktəb illərində Koum evlərinin yaxınlığında yerləşən bir kitab mağazasından kitab götürərək kompüterlər haqqında məlumat əldə etməyə başlayır. Koum bu kitabları oxuduqdan sonra mağazaya geri qaytarırdı.

Məktəbi özünün dediyinə görə, çətinliklə bitirən Koum daha sonra San Jose Dövlət Universitetinə daxil olur və “Ernst and Young” şirkətində təhlükəsizlik xidmətinə nəzarətçi kimi işləməyə başlayır.

O, adı çəkilən şirkətdə işləməyə davam etdiyi vaxt Yahoo şirkətində işləyən Brian Acton-la tanış olur. Altı aydan sonra Acton onun üçün Yahoo şirkətində yeni bir iş təşkil edir.

Həmçinin oxu: Yahoo-nun ortağı Cerri Yanqın həyat hekayəsi

Image result for brian acton

Brian Acton

Koum bu şirkət üçün işləyərkən aralarında Napster – in qurucularından Shawn Fanning – in də olduğu “w00w00” adlı elitar, təhlükəsizlik məqsədilə yaradılan bir xaker qrupunun üzvü olur. Kanadalı bir gənc Yahoo şirkətinə xaker hücumu etdiyi zaman Koum tövsiyə və köməklik üçün bu qrupa müraciət edir.

Koum Yahoo şirkətində doqquz il işləyir və burada infranstruktur mühəndisliyi üzrə idarəçi vəzifəsinə qədər yüksəlir. Ancaq 2007 – ci ildə Acton-la birlikdə Cənubi Amerikanı gəzməyə qərar verərək şirkətdən ayrılırlar.

Geri qayıtdıqları zaman hər ikisi Facebook şirkətinə iş üçün müraciət edirlər. Gülməli səslənsə də, ikisi də rədd cavabı alır.

İşsiz keçirdikləri vaxt ərzində Koum gələcəkdə nə etmək istədiyini düşünərkən insanların bir-birlərinə telefonla cari vəziyyətləri haqqında məlumat mübadiləsi edə biləcəkləri bir tətbiq yaratmağa qərar verir. Koum WhatsApp platformasını 2009 – cu ildə öz ad günündə - 24 fevral tarixində təsis edir. Həmin ilin yay aylarında Koum və Acton bu məhsulu mesajlaşma təbiqinə çevirməyi qərarlaşdırırlar.

Ən sərfəli kredit üçün müraciət et

Bununla da macəra başlayır. Şirkətin ilk “ofisi” Evernote ilə şərikli istifadə etdikləri bir anbarda yerləşirdi. İşçilər isinmək üçün adyalla oturmalı olurdular. Yahoo şirkətində işlədikləri vaxtdan bəri həm Koum, həm də Acton eyni məhsul prinsipini mənimsəmişdilər. Məhsulu reklam etmək çox pis ideyadır.

Bununla yanaşı Koum və Acton istifadəçi məlumatlarının məxfiliyinə də xüsusi əhəmiyyət verirdilər. Koum mövzu ilə bağlı belə deyir: “İstifadəçilərimizlə bağlı mümkün olduğu qədər az məlumatlı olmaq istəyirik... Məhsulumuzda reklamdan istifadə etmək istəmədiyimiz üçün şəxsi məlumatlara ehtiyac duymuruq.”

WhatsApp heç bir marketinq və PR strategiyasına ehtiyac duymadan müstəqil olaraq inkişaf etməyə başlayır. Xüsusilə SMS – in müntəzəm olaraq istifadə edildiyi daha az inkişaf etmiş ölkələr WhatsApp – a böyük maraq göstərdilər.

WhatsApp 2012 – ci ildə Facebook şirkətinin CEO – su Mark Zuckerberg – in marağına səbəb olur. Zuckerberg Koum-a telefonla zəng edir və onlar kofe içmək üçün görüşürlər.

Daha sonra da tez-tez görüşməyə başlayan bu iki sahibkarın söhbətinin əsas mövzusu dünyadakı hər kəsi bir-biri ilə əlaqələndirmək fikri ətrafında idi və beləliklə məsələnin üzərindən 2 il keçir.

2014-cü ilin fevral ayında Zuckerberg Koum-u axşam yeməyinə dəvət edir və ona öz təklifini bildirir. Koum təklifi bir neçə gün düşündükdən sonra Sevgililər Günündə Zuckerberg-in evinə yollanır. Zuckerberg və həyat yoldaşının romantik axşam yeməyini bölən sahibkar üzəri şokaladla örtülmüş çiyələk yeyərək Zuckerberg-lə şərtləri müzakirə edir.

Koum müqavilənin son sənədlərini imzalamazdan əvvəl gecə gec bir saata qədər oturub WhatsApp –a başlanğıcda sərmayə gətirən risk sərmayəsi şirkəti Sequoia komandası ilə hər şeyi xırdalıqlarına qədər müzakirə edir. Gecə 02:30 radələrində evinə qayıdarkən Koum-un maşının təkəri 120 km/saat sürətlə hərəkət edərkən partlayır. Koum isə qəzada ölümün astanasından dönür.

Ertəsi gün Koum Facebook şirkəti ilə əldə edilən razılaşmanın sənədlərini ilk ofisinin qapısında imzalayır. Bu ofis WhatsApp şirkətinin Mountain View – dakı mərkəzindən sadəcə bir neçə küçə uzaqlıqda idi.

2014 – cü ilin fevral ayında Koum-un WhatsApp şirkətindəki səhmləri bir anda 6.8 milyar dollar dəyərinə çatır. Koum-un sərvəti də Facebook şirkətindəki səhmləri hesabına artmağa davam etdi.

Koum Facebook şirkətinin idarə heyətinə daxil olur və milyard dollarlıq səhmlərin qarşılığında ildə təkcə 1 dollar maaş almağı qəbul edir.

WhatsApp-ın satın alınmasından bir neçə ay sonra Koum əsaslı şəkildə xeyriyyə işlərinə imza atdı. O, Silikon Vadisinə 556 milyon dollar ianə vermişdi.

Böyük sərvətə sahib olmasına baxmayaraq, Koum sadə bir həyat tərzi yaşayır. O, bildirir ki, WhatsApp-ı Facebook şirkətinə satması həyatını ancaq 10% dəyişdirib, çünki hələ də eyni evdə yaşayır və əvvəlki dostları ilə görüşür.

Koum-un tək zəyif nöqtəsi Porsche markalı avtomobillərə olan heyranlığıdır. O, 2016-cı ildə müsahibələrin birində belə demişdi:

“Porsche mənim üçün hər zaman uğurun simvolu olub. Elə bir avtomobilə sahib olma həvəsi məni daha çox öyrənməyə və daha çox işləməyə təşviq edən mühüm amil idi.”

Facebook 2014 – cü ildə WhatsApp-ı 19 milyard kimi kosmik bir qiymətə satın aldığı zaman WhatsApp-ın aylıq orta istifadəçi sayı 450 milyon idi. Hazırda bu tətbiqdən 1.5 milyard insan istifadə edir.

Həmçinin oxu: Brayan Treysinin həyatı və uğur hekayəsi

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç