Yerli Xəzinədarlıq Orqanlarının IBAN hesablarında dəyişikliklər edilib | Banco.az

Yerli Xəzinədarlıq Orqanlarının IBAN hesablarında dəyişikliklər edilib

Yerli Xəzinədarlıq Orqanlarının IBAN hesablarında (International Bank Account Number) dəyişikliklər edilib.

"Elektron satınalma" portalının məlumatına görə, tenderlərdə iştirak haqqı ödənişlərinin hesablaşmasında və qurumun hesabına köçürülməsində problemlərin yaranmaması üçün müvafiq icra hakimiyyəti orqanı ilə bank rekvizitlərini dəqiqləşdirərək e-satınalma portalının "ASAN Ödəniş" sistemi bölməsində yeniləmək gərəkdir.

Yenilənən rekvizitlərlə növbəti linkə daxil olub "Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar" bölməsindən də tanış olmaq olar.

Qeyd edək ki, portalda "ASAN Ödəniş" sistemi vasitəsilə bank rekvizitləri əlavə edən zaman rekvizitlərin uyğunsuzluğu ilə bağlı yeni xəbərdarlıq mesajları əlavə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et