Yerdən 220 metr hündürlükdə inşa ediləcək dünyanın ilk 360 dərəcəlik hovuzu | Banco.az

Yerdən 220 metr hündürlükdə inşa ediləcək dünyanın ilk 360 dərəcəlik hovuzu

İngiltərənin paytaxtı London dünyanın ilk 360 dərəcəlik və şəffaf hovuzuna ev sahibliyi etməyə hazırlaşır.

“Infinity London” adını daşıyacaq hovuz yerdən 220 metr hündürlükdə, 55 mərtəbəli bir göydələnin ən təpəsində yerləşəcək və şəhərə panoramik mənzərə təqdim edəcək. Göydələnin ən yuxarı mərtəbəsini tamamilə əhatə edəcək hovuza girmək üçün standart üzgüçülük hovuzlarındakı pilləkənlər deyil, hovuzun alt qatından avtomativ olaraq suyun içinə doğru qalxacaq bir pilləkən sistemindən istifadə ediləcək. Xüsusi pilləkənləri “Bu sistem bir dənizaltı qapısı məntiqinə əsaslanır. Suya girmək ya da çıxmaq istəyən olanda hovuzun dibindən yüksələcək spiral formalı bir pilləkəndən söhbət gedir”, deyə açıqlayan hovuzun dizayneri və texniki direktor Alex Kemsley, “Bir az James Bond havası var, sanki” deyə də əlavə edib.

Hovuzun digər bir qeyri-adi cəhəti də döşəməsinin şəffaf olmasıdır. Bununla da alt qatlardakı insanlar hovuzda üzənləri görə biləcəklər. Əvvəlcədən quraşdırılan külək tənzimləyicisi də suyun aşağıdakı küçələrə tökülməsinin qarşısını alacaq. Binanın havalandırma sistemindən istifadə edən yeni bir isidici texnologiya da hovuzun suyunun isti qalmasını təmin edəcək. Hovuz gecələr parıltı effektini verəcək neon işıqlarla dekorasiya olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Hovuzun dizayn ideyası Compass Pools şirkətinə məxsusdur. Layihənin şərikləri razılaşdıqları təqdirdə hovuzun inşaasına gələn il başlanacağı bildirilir.

Həmçinin oxu: 108 metr hündürlükdə süni şəlaləsi olan göydələn inşa edildi - FOTOLAR

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et