Yer günü nədir? | Banco.az

Yer günü nədir?

22 Aprel Yer Günü nədir? Google ana səhifəsini açan istifadəçilər Yer günü sürprizi ilə qarşılaşdı, belə ki, Google tərəfindən Yer gününə xüsusi Doodle hazırlandı. Bəs Yer Günü nədir? Yer Gününün mənası və əhəmiyyəti maraq doğuran mövzulardandır. Yer günü, YUNESKO tərəfindən elan edilmiş bir gündür və ətraf mühitə qarşı həssaslığa diqqət çəkmək məqsədilə açıqlanmışdır.  

22 Aprel Yer günü ilk dəfə 1969-cu ildə San-Fransiskoda keçirilmiş UNESCO-nun Milli Yığıncağında John McConnell tərəfindən dünyadakı həyatı və onun gözəlliyini qeyd edərək, qarşılaşdığı ekoloji təhlükələrə diqqət çəkmək məqsədilə xüsusi bir günün təşkil edilməsi fikri ilə ortaya çıxmışdır.  

Ən sərfəli kredit üçün müraciət et

John McConnell Yer Günü qeyd etmələrinin tarixi olaraq Equinox (gecə və gündüzün bərabərləşdiyi gün - 21 mart) tarixini təklif etdi. Daha sonra isə ətraf mühit problemlərinə ictimaiyyət ilə diqqət çəkən ilk hərəkət, Wisconsin Senatoru Gaylord Nelsonun dəstəyi ilə Denis Hayes tərəfindən təşkil edilən 22 aprel 1970-ci il ilk Yer günü olaraq tarixə keçdi. Bu mərasimlərə təxminən 20 milyon insan qatılmış, bir çox simpozium və konfrans təşkil edilərək, ətraf mühit problemlərinə diqqət çəkilmiş, ABŞ-ın ilk "Təmiz hava qanunu" və "Təmiz su qanunları" hazırlanmışdır. 

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et