Yeni sədr- Elmar Məmmədovu yaxından tanıyaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Yeni sədr- Elmar Məmmədovu yaxından tanıyaq

Məmmədov Elmar Məmməd oğlu İdarə Heyətinin Sədri 9 oktyabr 1967-ci ildə anadan olub. 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu «Maliyyə və kredit», 1994-cü ildə isə Bakı Dövlət Universitetini «Hüquqşünas» ixtisası üzrə bitirib. 1995-2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Əməliyyat idarəsinin rəisi, Bankın Səbail filialının müdiri olmuşdur. 2004-cü ilin noyabrından «Kapital Bank» ASC-nin Kreditləşmə və layihələrin maliyyələşdirilməsi departamentinin direktoru, həmin ilin dekabrından Bankın İdarə Heyəti sədrinin müavini, 2005-ci ilin dekabrından isə İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində çalışıb. «Kapital Bank» ASC Müşahidə Şurasının 05 iyun 2009-cu il tarixli qərarına əsasən, «Kapital Bank» ASC İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. 

2014-cü ildə isə “Azər-Türk Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağında bankın İdarə Heyətinin sədri seçilib. Əlavə edək ki, Elmar Məmmədov “Azərsığorta” Dövlət şirkətinin rəhbəri Məmməd Məmmədovun oğludur. Ailəlidir, bir övladı var.