Yeni il ərəfəsində stressdən dəli olmamaq üçün 7 MƏSLƏHƏT | Banco.az

Yeni il ərəfəsində stressdən dəli olmamaq üçün 7 MƏSLƏHƏT

Dekabr –istər iş, istərsə də şəxsi, gündəlik həyat qayğıları baxımından ən gərgin aydır. ABŞ-da çalışan əhalinin 50%-dən çoxu bildirir ki, ilin bu dövründə işləmək onlar üçün daha sevinclidir, amma eyni zamanda 35% əməkdaş etiraf edir ki, məhz dekabr ayında daha çox stress yaşayırlar. Yeni il qabağı çaxnaşmada sağlam mühakiməni itirməmək və əsəbləri qorumaq üçün 7 sadə qayda vardır.

Özünüz üçün fayda götürməyə çalışın.

Əlbəttə dişləri sıxıb dözmək olar, amma bu gərgin aya öyrənmək və özünü inkişaf üçün əla bir şans kimi yanaşın. Adi iş tempinə nə zaman qayıdacağınızı gözləmək əvəzinə, sürətli iş tempini qavrayın, ona bir norma kimi yanaşın. Həmçinin sizdə stress yaradan amilləri müəyyən etmək və müvafiq nəticələr çıxartmaq lazımdır.

 «Bayramlar istər yaxşı, istər də pis təcrübələrə səbəb olur  - “Xaos dünyasında necə adaptasiya olmalı” kitabının müəllifi  Stefan Martson belə hesab edir. Bu çətinliklərə fərqli cür hərəkət etmək imkanı kimi yanaşın və əldə etdiyiniz bilikləri yeni ilə keçirin».

pic

Şəxsi və işgüzar məsələləri ayırın.

Əgər iş saatlarında görməli olduğunuz işlərin uzun siyahısı haqqında düşünsəniz (hansı hədiyyələr alınmalıdır, kimə hədiyyə göndərilməlidir, evə nə almaq gərəkdir, hava limanına neçədə çatmaq lazımdır) siz sadəcə gərəksiz həyəcanlanacaqsınız və bu da sizin məhsuldarlığınıza mənfi təsir edəcək. Ona görə də, ev işlərini və işgüzar məsələləri ayırmaq lazımdır.

Əgər iş vaxtı etməli olduğunuz hansısa ev işləri varsa, nahar fasiləsindən istifadə edin, həmin müddətə məsələn hansısa meyvələri almaq olar, hədiyyə sifariş etmək olar. Və ya kiçik bir tətil götürün – Yeni ildən qabaq özünə vaxt ayırmaq və enerjini bərpa etmək ən yaxşı ideyadır.

Iş gününün sonunda özünüzə sabah üçün ən vacib işlərin siyahısını tutun. Əgər siz şəxsi məsələlər ilə iş məsələləri arasına sərhəd qoysanız, onda daha çox məhsuldarlığa nail olub, stress səviyyəsini azaldacaqsınız.

Related image

Rəhbərlik ilə danışın

Rəhbərlik ilə görüşün və iş yükünün azaldılması ilə bağlı bütün mümkün yolları müzakirə edin, deadline-ları yenidən nəzərdən keçirin, bəzi tapşırıqların həllini digər iş yoldaşlarınıza ötürün, özünüzə müvəqqəti köməkçi tapın.

Bəzən stressdən qurtulmaq üçün sadəcə sizi narahat edən məsələni dilə gətirmək lazımdır. Ona görə də, sizin iş planlarını necə korreksiya etməyin mümkünlüyü haqqında düşünün, belə olduqda onlar sizin komandaya və ətrafdakılara daha faydalı olacaq.  

Ən sərfəli kredit üçün müraciət et

Prioritetləri ayıq başla müəyyən edin

Bayram ərəfəsində elə bir situasiya yaranır ki, siz nə etmək istədiyiniz və əslində nə edə biləcəyinizi başa düşmürsünüz.

Ona görə də, seçim etmək laızmdır. Yəni, hansı işlərin gözləyə biləcəyini, hansıların isə təcili olduğunu müəyyən etmək gərəkdir. İlin sonuna yaxın hər kəs bütün layihələrə girişmək istəyir, amma əvvəlcə ayırd etmək lazımdır, onlardan hansı gerçəkdən vacibdir.

Fasilə verməyi unutmayın

Görüləcək işlərin siyahısı çox uzun olanda belə məsləhət yanlış görünə bilər, amma əslində istirahətə vaxt ayırmaq çox vacibdir. Bunun üçün hətta telefonunuzda gün ərzində iki dəfə bildiriş quraşdıra bilərsiniz ki, istirahət etməli olduğunuzu sizə xatırlatsın – səhər və axşam vaxtlarında.

Gün ərzində qısa fasilələr ağlımızı qorumağa imkan verir. Gəzintiyə çıxın, musiqi dinləyin və ya sadəcə kabinetin qapısını bağlayıb, sakitlikdə oturun. Rahatlamaq üçün xüsusi texnikalardan –məsələn nəfəsalama texnikasından istifadə edin. Dərindən nəfəs alıb üçə qədər sayın, bu üç dəfə təkrar edin, amma üçüncü dəfə nəfəsinizi daha çox saxlayın. Bu sizə boşalmağa kömək edəcək.

Ətrafdakılara minnətdar olun

Minnətdarlıq duyğusu hipotamusun – stressin idarə edilməsi və xoş hissələrə görə cavabdeh olan beyin hissəsinin fəaliyyətini stimullaşdırır. Əgər siz işdə hətta xırda şeylərə görə minnətdarlıq hissi duysanız, özünüzü daha yaxşı hiss edəcəksiniz. Komanda üzvlərini tərifləyin, insalara “təşəkkür” edin və ətrafdakılara kömək edin.

pic

“Yox” deməyi öyrənin

“Hə” demək “yox” deməkdən daha asandır, amma bayram günlərində hər şeyə razılaşmaq vərdişindən imtina etmək xüsusi ilə vacibdir.

Çox insan “yox, xeyr” kəlməsini az qala təhqir kimi qəbul edir. Biz ona görə “hə” deyirik ki, həmsöhbətimizin nə fikirləşəcəyi bizi narahat edir. Biz onu məyus etmək istəmirik. Amma yekunda biz ən çox özümüzü məyus etmiş oluruq.

Stresslə baş edən insanlar, hər zaman “yox” deməyi bacarıb. Başa düşün ki, imtina da razılıq qədər vacibdir. Dostlarınız və həmkarlarınız, hansısa səbəbdən onlara “yox” deməyinizi anlar.

 “Yox” deməyi bacarmaq, özünə qayğının ən yüksək formasıdır. Öz vaxtınızı və gücünüzü qorumağı unutmayın, xüsusən də bayram günlərində.

 

Ən sərfəli krediti almaq üçün müraciət et