“Yeni doğulan uşaqlara pul ayrılsın ki, pensiya yaşında onlar milyonerə çevrilsinlər” | Banco.az

“Yeni doğulan uşaqlara pul ayrılsın ki, pensiya yaşında onlar milyonerə çevrilsinlər”

Amerikalı milyarder Bill Ekman yeni doğulan ölkə vətəndaşlarına pensiya yaşlarında milyoner olmaları üçün pul ayırmağı təklif edib.

Bununla bağlı “Forbes” jurnalında məlumat yayılıb. Milyarderin fikrincə, bu tədbir ölkədə kapitalizmi təhdid edən əmlak qeyri-bərabərliyini aradan qaldıra bilər.

Real-Time” saytının informasiyasına əsasən onun sərvəti 2 milyard dollar həcmində qiymətləndirilir.

B.Ekmanın sözlərinə görə, kapitalizmin cazibəliliyini qorumaq üçün kasıblar və varlılar arasında uçuruma son verilməlidir.

Amerikalı milyarder bunun üçün hər bir vətəndaşı milyoner edəcək bir resept təqdim edib.

Maliyyəçi iş adamı ABŞ-da doğulan hər bir uşağa xəzinədən 6750 dolar pul ayrılaraq onu indeks fondlarına yatırmağı təklif edib. Həmin pulun sahibi ondan yalnız pensiya yaşında istifadə edə biləcək. Bill Ekman bu tədbirin amerikan xəzinəsinə ildə 26 milyard dollara başa gələcəyini hesabladığını bildirib. Əgər yatırılan pul orta hesabla ildə 8% gəlir gətirsə, 65 yaşına çatmış hər bir vətəndaşın bank hesabında 1 milyon dollar pul əmələ gələ bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bill Ekmanın fikrincə, kapitalizm bütün çatışmazlıqlarına rəğmən “iqtisadi piroqun maksimal böyüməsi üçün” ən ideal sistemdir. Milyerder biznesmen amerikalıların bunun yerinə alternativ variantları, hətta sosializmə üstünlük verdyini təəssüflə qeyd edib.

fins.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et