Yeməyə ildə təqribən 5 AZN xərcləyərək kral kimi yaşayan bir insanın hekayəsi: William Reid | Banco.az

Yeməyə ildə təqribən 5 AZN xərcləyərək kral kimi yaşayan bir insanın hekayəsi: William Reid

ABŞ-ın ən yaxşı universitetlərinin birində,  kino-televiziya fakültəsinin məzunu olan gənc kino rejissor William Reid, yaxşı bir işi və maaşı olmasına rəğmən yeməyə  demək olar ki, pul xərcləyən biri deyil.  O ildə 5 manatla, yemək ehtiyyacını qarşılaya bilir, bəs bu necə baş verir?

William bazarda və ya marketdə satılmayan, restoranlarda servis edilməyən, zibil qutusuna atılmış qidalarla bəslənir. 2014-cü ilin avqustundan bu yana, yeməyə pul xərcləməyən bu dostumuz, israfçılıq əleyhinə zibil qutusuna atılmış qidaları ləzzətli yeməklərə çevirir.  Food Not Bombs’  layihəsi ehtiyacı olanları bu qidalarla təmin etmək vəzifəsinin daşıyır, William Reid də bu layihənin könüllülərindən biridir.  William tam yeyilməmiş qidaların zibil qutusuna atıldığını görərək, pulsuz da qarnımızı doyuzdura biləcəyimizi hər kəsə sübut etmək istəyir. 

William Reid zibillikdı nə tapırsa yeyir. Meyvə, tərəvəz,  südün onun üçün  fərqi yoxdur.  Bununla əlaqədar fikirlərinə gəldikdə isə:

Həyatım başqa insanlardan fərqlənmir. Digər insanlar yemək üçün alış-veriş edərkən, mən küçəyə çıxıram və nələrin yeməli olduğunu araşdırıram. Başqa insanlar nə yeyəcəklərinə qərar verərkən, onlar nə edirsə mən də onların etdiyini edirəm.   Zibilliyə atılmış qidaların həcmini və keyfiyyətini görsəydiniz mənə haqq verərdiniz. Küçədə 15 dəqiqə gəzirəm və artıq  nə yeyəcəyimi çoxdan tapmış oluram. 

Ən sərfəli kredit üçün müraciət et

William Reid zibillikdə çox sağlıqlı və keyfiyyətli qidalarla bəsləndiyini deyir, eyni zamanda bu 3 il ərzində  çöplərlə qidalanmasına rəğmən nə xəstələnib, nə də ki zəhərlənib.  Lakin o etiraf edir ki, zibil qutusundə nələrin yeməli olub-olmayacağını axtararkən olduqca zaman itirir.

Bəs 5 manat?   William Reid Avusturalya’da bir ada olan Deal Island’da komandası ilə birlikdə film çəkməyə gedərkən axşamı orada qalmağa məcbur olurlar və  ətrafında heç bir zibil qutusu tapmayan Reid 5 manat verib,  özünə yemək alır. Amma Reid deyir ki, bu qidalar onun zibil qutusundan yediyi qidalar kimi ləzzətli deyil. 

Əslində Reidin məqsədi insanları zibillikdən yeməyə təşviq etmək yox, dünyada hər il nə qədər israfçılığa yol verdiyimizi göstərməkdir. Gəlin bunun Azərbaycan nümunəsinə baxaq, Azərbaycanda hər il 9 milyon əhali  1 milyarddan çox qidanı zibil qutusuna atır.  Bu statistikaya baxanda əslində  William Reid heç də haqsız deyil , elə deyilmi?

Xəzər Aslanov. Banco.az

Maraqlıdır

Karyerasına yeni başlayanlara 5 məsləhət

Ən sərfəli krediti almaq üçün müraciət et