"Yaşıl Kart" sığorta sistemi üzrə ödənişlərə başlayıb | Banco.az

"Yaşıl Kart" sığorta sistemi üzrə ödənişlərə başlayıb

Azərbaycan İcbari Sığorta Bürosu (İSB) “Yaşıl Kart” sığorta sistemi çərçivəsində artıq ödənişlər həyata keçirməyə başlayıb. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İSB-nin icraçı direktoru Elxan Quliyev deyib.

Onun sözlərinə görə, artıq iki Ukrayna vətəndaşının Bakıda törətdiyi sığorta hadisələri üzrə tələblər qeydə alınıb: “Bu hadisələrdən birinə görə ödəniş verilib, digər hadisə isə bu günlərdə qeydə alınıb. Hər iki hadisəyə görə Ukraynanın icbari sığorta qurumuna qarşı tələblər irəli sürüləcək”.

Ən sərfəli kredit üçün müraciət et

İSB-nin özünə qarşı da iki tələb irəli sürülüb. E.Quliyev bildirib ki, tələblər Türkiyədən daxil olub: “İki Azərbaycan vətəndaşı da Türkiyədə yol qəzası törədərək başqalarına ziyan vurublar”.

Ən sərfəli krediti almaq üçün müraciət et