Yaşı 30-dan aşağı olan milyarderlərin heç biri sərvətini özü qazanmayıb | Banco.az

Yaşı 30-dan aşağı olan milyarderlərin heç biri sərvətini özü qazanmayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Forbes”in məlumatına görə, dünyada yaşı 30-dan aşağı olan bütün milyarderlər öz sərvətlərini miras alıblar.

Banco.az xəbər verir ki, “Forbes” bu yaxınlarda öz saytında "Dünyanın Milyarderlər Siyahısı"nı dərc edib.

Siyahıya yaşı 30-dan aşağı olan milyarderlər də daxil edilib.

Məlum olduğu kimi, əvvəllər 30 yaşdan aşağı milyarderlər siyahısında yer alan Evan Şpigel (“Snapchat”in təsisçisi) və Ben Fransis (“Gymshark”ın təsisçisi) kimi şəxslər öz bizneslərini quraraq milyarder olmuşdular. Lakin əvvəlki illərlə müqayisədə bu il yaşı 30-dan aşağı olan milyarderlərin hamısının sərvətlərini özləri qazanmayıb, ailələrindən miras aldıqları ortaya çıxıb.

“Forbes” nəşrinin araşdırması üzə çıxarıb ki, bu il siyahıda yaşı 30-dan aşağı olan 15 milyarder var, lakin onların heç biri öz sərvətini yaratmayıb, bunun əvəzinə böyük mirasdan faydalanıb. Araşdırmaya görə, yaxın 20 ildə 1000-dən çox milyarder gələcək nəslə 5,2 trilyon dollarlıq sərvət miras qoyacaq.

Siyahıya nəzər saldıqda görürük ki, İrlandiyalı 27 yaşlı Firoz Mistri və qardaşı 25 yaşlı Zahanın hər birinin Hindistanın Tate Qrupunun ana şirkəti olan “Tata Sons”da təxminən 4,9 milyard dollarlıq səhmlərinin olduğu güman edilir. Babalarının ölümündən 3 ay sonra ataları Sayrus Mistrini də itirən qardaşlar 2022-ci ildə şirkətin səhmlərinin 4,6 faizini miras alıblar.

Ən sərfəli kredit üçün müraciət et

Dünyanın ən gənc milyarderi isə 1 milyard dollar sərvəti olan 19 yaşlı Livia Voiqtdir. O, babası Werner Rikardo tərəfindən təsis edilən Braziliya elektrik avadanlıqları istehsalçısı “WEG Industries”də 3,1 faizlik səhmlərə malikdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et