Yarım ildə 23,6 milyard manatlıq sənaye məhsulu istehsal olunub | Banco.az

Yarım ildə 23,6 milyard manatlıq sənaye məhsulu istehsal olunub

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda 23,6 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çoxdur. Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,7 faiz artıb.

Sənaye məhsulunun 69,5 faizi mədənçıxarma, 25,6 faizi emal, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Ən sərfəli kredit üçün müraciət et

İlin ilk altı ayında mədənçıxarma sektorunda neft hasilatı 3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 35 faiz artıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda atım 2,8 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,4 faiz təşkil edib.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et