Yaponiyada Ölkəni tərk edən turistlər üçün vergi təyin ediləcək | Banco.az

Yaponiyada Ölkəni tərk edən turistlər üçün vergi təyin ediləcək

Nikkei Asian Review  məlumatına əsasən, Yaponiyada 7 yanvar tarixindən başlayaraq ölkəni təyyarə və ya gəmilər ilə tərk edən turistlər üçün 1000 yen (9,24 $) civarında yeni vergi təyin ediləcək. 

Photo: Thomas Peter / Reuters

Dəqiqləşdirilib ki, vergi ölkəni tərk edən həm Yaponiya, həm də xarici vətəndaşlara tətbiq olunacaq. Ölkəyə qısa müddət üçün gələn şəxslər, Yaponiya ərazisində 24 saat keçirdikdən sonra vergidən azad olacaqlar.

Qeyd edilir ki, vergi: iki yaşına qədər olan uşaqlara, səfirlərə, xarici dövlət nümayəndələrinə aid edilməyəcək. Eyni zamanda, 7 yanvar tarixinə kimi bilet alan səyyahlar vergidən azaddırlar. 

Ən sərfəli kredit üçün müraciət et

Yaponiya bu dövlət rüsumunun 2019-cu il ərzində büdcəyə 50 milyard yen gətirəcəyini gözləyir. Əldə edilən vəsait, hava limanlarında şəxsiyyəti üz ilə təyin edən cihazların quraşdırılmasına, miqrasiya işlərinin tezləşdirilməsinə, olkə ərazisində yerləşən turist obyektlərində xarici dilli xidmətlərin inkişafına yönləndiriləcək.

2018-ci il ərzində Yaponiyaya 30 milyon insan səfər edib. Nikkei Asian Review - dərc etdiyi xəbərdə, bu rəqəmin daha da, artacağını vurğulayıb.

Həmçinin oxu: ABŞ və Yaponiya ticarət anlaşması üçün danışıqlara başlayır

Ən sərfəli krediti almaq üçün müraciət et