Yaponiya milli valyutası 34 ilin minimumuna düşüb | Banco.az

Yaponiya milli valyutası 34 ilin minimumuna düşüb

Müəllif:Mehin Qasımova/Banco.az

Yaponiya milli valyutasının məzənnəsi 1990-cı ilin iyunundan bəri rekord həddə - bir dollar üçün 152 yen səviyyəsinə düşüb. 

Banco.az xəbər verir ki, bu Nyu-Yorkdakı valyuta ticarətinin məlumatlarında öz əksini tapıb.

Yaponiya Maliyyə Nazirliyi daha əvvəl yenanın zəifləməsinin davam etməsi ilə əlaqədar “qətiyyətli tədbirlər” görməyə hazır olduğunu açıqlayıb. Bütün bunların fonunda bazar oyunçuları Yaponiya Maliyyə Nazirliyinin valyuta müdaxilələrinə əl atıb-etməyəcəyini izləyir. Belə addımlar, xüsusən də 2022-ci ilin oktyabrında, məzənnə bir dollar üçün 151,94 yenaya düşdüyü zaman atıldı.

Müşahidəçilər bildirirlər ki, yenanın zəifləməsi, Yaponiya Mərkəzi Bankının martın 19-da onilliklər boyu davam edən mənfi faiz dərəcələri praktikasından imtina etmək qərarına baxmayaraq, Qərb ölkələri ilə faiz dərəcələrində davamlı uçurum fonunda baş verir.

Yaponiyada uzun müddət ərzində faiz dərəcəsi 0,1% səviyyəsində olub ki, bu da Mərkəzi Bankın son dərəcə yumşaq pul siyasəti ilə birlikdə iqtisadiyyatı stimullaşdırmağa və hədəf inflyasiya səviyyəsinə 2% nail olmağa yönəlib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Qərb ölkələri həddindən artıq inflyasiya ilə mübarizə aparmaq üçün son illərdə faiz dərəcələrini artırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et