"YapıKredi Bank Azərbaycan" işçi axtarır! | Banco.az

"YapıKredi Bank Azərbaycan" işçi axtarır!

Daxili Nəzarət və Komplayns departamenti

 

Vəzifəyə olan tələblər:

- Ali təhsil;
- Bank işi, maliyyə, mühasibatlıq və iqtisadiyyatın digər uyğun sahələri üzrə iş təcrübəsi;
- Azərbaycan Mərkəzi Bankının qaydaları, təlimatları, qərar və sərəncamlarından, habelə digər müvafiq qanunvericilik sənədlərindən (Mülki Məcəllə, Vergi Məcəlləsi, və s) aidiyyəti üzrə məlumatlı olmalıdır;
- Azərbaycan dilini mükəmməl, türk və ingilis dillərini yaxşı səviyyədə bilənlərə üstünlük verilir;
- Sertifikatlı Daxili Auditor olmaq və ya bu imtahana başlamaq üstünlük sayılır; 
- Yaradıcı yanaşmaya malik olmaq və ünsiyyət qurmaq qabiliyyəti vacibdir.

 

Funksional Öhdəliklər:

Ən sərfəli kredit üçün müraciət et

- Bank aktivlərinin qorunması və cari əməliyyatların səmərəli idarə edilməsinə yönələn nəzarət fəaliyyətinin həyata keçirilməsi;
- Günlük, həftəlik, aylıq, 3 aylıq, 6 aylıq və illik nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş nöqsan və çatışmazlıqlar barədə müvafiq struktur vahidlərinin məlumatlandırılması;
- Nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tövsiyyələrin verilməsi və mütəmadi izlənməsi, Daxili nəzarət və komplayens departamentinin müdirinin məlumatlandırılması;
- Bankın filiallarında həyata keçirilən hər növ əməliyyat və idarəetmə sistemlərinin təhlili, lazımi tədbir və tövsiyyələrin verilməsi.

 

Namizədlər özləri haqda məlumatı (CV) hr@yapikredi.com.azbu ünvana göndərə bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç