"Yapı Kredi Bank Azərbaycan"ın səhmdarı güclü haker hücumuna məruz qalıb | Banco.az

"Yapı Kredi Bank Azərbaycan"ın səhmdarı güclü haker hücumuna məruz qalıb

İtaliyanın "UniCredit" bankının 400 min müştərisinin hesabı haker hücumuna məruz qalıb.

Bankın yaydığı məlumata istinadən xəbər verilir ki, hakerlər müştərilərin məlumatlarını ələ keçirməyi bacarıb.

"Haker hücumları 2016-cı ilin sentyabr və oktyabr, 2017-ci ilin iyun aylarında baş verib. Kiberhücumun fəsadları aradan qaldırılır. Bank hücumun IBAN nömrələrinə və müştərilərin digər şəxsi məlumatlarına hər hansı təsirin olub-olmamasını araşdırır", - deyə bankın açıqlamasına bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan" QSC "Unicredit" və "Yapı Kredi Bankası A.Ş."-nin törəməsidir.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et