“Yanvarın 1-dən indeksiya ilə bütün pensiyalar 15 faiz artacaq” | Banco.az

“Yanvarın 1-dən indeksiya ilə bütün pensiyalar 15 faiz artacaq”

“Pensiya sahəsində aparılan islahatlar 750 min insanı əhatə edəcək. Bu isə ümumi pensiyaçıların 60 faizi deməkdir. 40 faiz isə yaddan çıxmayıb. Orta əmək haqqı artımı proqnozumuz bu il 15 faizdir. Buna uyğun olaraq, yanvar ayının 1-dən indeksiya ilə bütün pensiyaçılarımızı pensiyaları əlavə olaraq 15 faiz artacaq. Bu, proqnozdur. Pessimist proqnozumuzla 12-13 faiz artım gözlənilir, orta proqnoz 15 faizdir. Bunun nəticəsində, gələn il yanvarın 1-dən bütün pensiyalar həmin proqnoza uyğun olaraq indeksasiya ediləcək. Qərar ümumi orta aylıq əmək haqqı artımı təsdiq olunandan sonra verilir. Lakin yanvarın 1-dən hesablanaraq ödənildiyinə görə, fevralın sonunda hər 2 ayın ödənişini birgə alırlar”.

Ən sərfəli kredit üçün müraciət et

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç