Yanvar-avqust aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 4.087,9 min ton yük daşınıb | Banco.az

Yanvar-avqust aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 4.087,9 min ton yük daşınıb

Azərbaycanda bu ilin yanvar-avqust aylarında dəniz nəqliyyatı ilə 4087,9 min ton yük daşınıb, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 26,5 faiz azdır. Hesabat dövründə dəniz nəqliyyatı ilə daşınmış yüklərin 35,1 faizi neft yüklərinin payıda düşüb.

Məlumata əsasən, bu ilin 8 ayında dəniz limanları tərəfindən 5403,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 4937 min tonunu və ya 91,4 faizi tranzit yüklər təşkil edib: "Bu ilin sentyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 157,8 min ton olub". Bundan başqa, ötən dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 24,8 faizi artaraq 13,6 min nəfər təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et