Yanacaq satışına nəzarət gücləndiriləcək | Banco.az

Yanacaq satışına nəzarət gücləndiriləcək

Aparılmış monitorinqlərin nəticəsindən görünür ki, yanacaqdoldurma məntəqələrinin satdıqları yanacaqların həm keyfiyyəti aşğıdır, həm də yanacaq göstərilən həcmdən az vurulur.

Bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “2020-ci ilin yekunları” adlı onlayn konfransda Xidmətin rəis müavini Məmməd Abbasbəyli bildirib.

Xidmətin rəis müavini deyib ki, aparılmış monitorinqlər ilə 36 yanacaqdoldurma stansiyasında kənarlaşmalar müşahidə olunub. 

Xidmətin bu sahəyə məsul olan əməkdaşı İlqar Həsənov bildirib ki, Xidmətin tabeliyində olan Standartlaşdırma İnstitutu tərəfindən yanacağın keyfiyyətilə bağlı yeni standart hazırlanıb:

"Həmin standartda yanacağın istehsalından və ya idxalından başlayaraq istehlakçıya qədər olan proseslərin hamısına nəzarət nəzərdə tutulub. Hazırda standart razılaşdırmanın son mərhələsindədir və bu yaxınlarda tətbiq ediləcəkdir. Bundan sonra yanacaq satışına nəzarət başqa səviyyədə olacaqdır".

Ən sərfəli kredit üçün müraciət et

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et