"Yahoo!" şirkəti də ixtisar dalğasına qoşulur | Banco.az

"Yahoo!" şirkəti də ixtisar dalğasına qoşulur

Müəllif: Tamara Mustafayeva, Banco.az

İşçilərini ixtisar etməyə başlayan şirkətlərin sırasına bu dəfə də “Yahoo!” qoşulub.

Banco.az xəbər verir ki, ABŞ-ın internet xidmətləri şirkəti “Yahoo!” işçilərinin 20 faizindən çoxunu ixtisar etməyi planlaşdırır.

Bu barədə şirkətdən verilən açıqlamada qeyd olunub.

Bildirilib ki, ilin sonuna qədər işçilərinin 20 faizindən çoxunu ixtisar etməyi planlaşdıran “Yahoo!”nun reklam texnologiyaları departamentində işləyənlərin 50 faizi işini itirəcək.

Şikrətin bu həftə 1000 nəfəri işdən çıxaracağı və ilin sonuna qədər bu rəqəmin 1600-ü keçəcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, pandemiya dövründə personal sayını əhəmiyyətli dərəcədə artıran ABŞ texnologiya şirkətləri bir-birinin ardınca ixtisar planlarını açıqlayır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et