Xidmətlərin həcminə görə brokerlərin reytinqi | Banco.az

Xidmətlərin həcminə görə brokerlərin reytinqi

Azərbaycanda qiymətli kağızlar bazarının strukturu ayrı-ayrı fəaliyyətlər üzrə lisenziyalaşdırılan institutlardan ibarətdir. Bu tip fəaliyyətlərə aktivlərin idarə olunması, broker, depozitar, diler fəaliyyəti, fond birjası və klirinq, eləcə də qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyətlər daxil edilir.

Aktivlərin idarə olunması müştəriyə məxsus olub, peşəkar iştirakçının idarəçiliyinə verilmiş qiymətli kağızlar və ya pul vəsaitləri ilə müştərinin mənafeyi üçün və ya onun göstərdiyi üçüncü şəxsin mənafeyi üçün qiymətli kağızlar bazarında əməliyyatların aparılması üzrə peşəkar fəaliyyətdir. Broker və diler fəaliyyəti ilə məşğul olan şirkətlər qiymətli kağızlar bazarının əsasını təşkil edir.

Diler fəaliyyəti ilə məşğul olan 14 şirkətin hamısı həmçinin broker fəaliyyəti ilə də məşğul olur. Yalnız “Qarant İnvest” MMC broker fəaliyyəti ilə məşğul olub diler xidmətləri göstərməyən şirkətdir. Qiymətli kağız sahiblərinin reyestrinin aparılması ilə "Corporate Trust Agency" MMC və "Milli Depozit Mərkəzi" QSC məşğul olur.

Xidmətlərin həcminə görə brokerlərin reytinqi (İyul, 2014)

Brokerlərin siyahısı

Əməliyyatların həcmi (AZN)

1

İnvest-AZ MMC

982,454,757.24

2

PSG-Broker MMC

977,516,226.50

3

Brokdil-Az MMC

38,083,000.00

4

Texnika Kapital Menecment MMC

25,144,092.05

5

Çelsi Kapital MMC

17,382,111.33

6

Paşa Kapital MMC

13,128,027.35

7

Unicapital ASC

10,576,437.41

8

ADB-Broker MMC

8,060,957.60

9

Yapi Kredi Invest

6,048,263.00

Ən sərfəli kredit üçün müraciət et

Brokerlərin siyahısına nəzər saldıqda bankların qiymətli kağızlar bazarında aktiv şəkildə iştirak etdiyini görmək olar. Belə ki, brokerlərin ümumi sayında  bankların xüsusi çəkisi üstünlük təşkil edir.

Dövriyyə statistikası (mln manat)

Mənbə: Bakı Fond Birjası,www.bfb.az

Azərbaycan qiymətli kağızlar bazarının inkişaf tempi 2007-2008-ci illərdə gözəçarpan olsa da, qlobal iqtisadi böhranın təsiri nəticəsində 2009-cu ildə dövriyyənin həcmi 65% aşağı düşmüşdür ki, bu geriləmə 2010-cu ildə də davam etmiş və illik dövriyyə 2230,3 mln AZN olmuşdur. Lakin bu tendensiya uzun müddət davam etməmiş və 2011-ci ildən sonra kəskin artım müşahidə olunmuşdur. 

Dürdanə Alıyeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et