Xaricilərin Azərbaycanda bank kartları ilə xərcləmələri 62% azalıb | Banco.az

Xaricilərin Azərbaycanda bank kartları ilə xərcləmələri 62% azalıb

Bu ilin avqust ayında xarici vətəndaşların Azərbaycandaq bank kartları vasitəsi ilə apardıqları əməliyyatların ümumi dəyəri 25,6 milyon manat təşkil edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 111,8 milyon manat yaxud 81,4% azdır.

2020-ci ilin yanvar-avqust aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 328,3 milyon manatlıq əməliyyat aparıb. Bu da ötən ilin ilk 8 ayı ilə müqayisədə 534,6 mln manat və yaxud 61,95% azdır. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et