Xarici görünüş işə qəbul zamanı nə dərəcədə rol oynayır? | Banco.az

Xarici görünüş işə qəbul zamanı nə dərəcədə rol oynayır?

İş həyatı müəyyən məqamlarda hər kəsə öz sərt üzünü göstərə bilir. Araşdırmalara görə xarici görünüş, fiziki xüsusiyyətlər, geyim tərzi kimi nüanslar, təəssüf ki, iş həyatı ilə bağlı məyus edici bəzi həqiqətləri ortaya çıxarır.

Həmçinin oxu: İşə qəbul prosesində səs tonunun əhəmiyyəti

1. Hündür boylu kişilər orta gəlirdən daha çox qazandıqları halda, artıq çəkili qadınlar daha az qazanırlar.

Exeter Universitetində aparılan araşdırmaya görə, kişilərin boyu hər 7.62 sm artıdığı zaman orta gəlir də hər il 2000 dollar artır. Qadınlar isə 6.35 kq əlavə çəki səbəbi ilə orta gəlirdən 2000 dollar aşağı qazanırlar. Bu o deməkdir ki, 1.82 sm boyunda bir kişi 1.52 sm boyundakı həmkarına görə hər il təqribən 100 000 dollar daha çox qazanır.

2. Cəlbedici hesab edilən insanlar komanda işlərinə qəbul edildiyi halda, cəlbedici hesab edilməyənlər isə daha çox rəqabətin üstün olduğu işlərdə işləyir.

Image result for teamwork

İngiltərədə aparılan bir araşdırmaya təkcə kişilər cəlb edilib. Araşdırmanın nəticəsinə əsasən, xarici görünüşünə görə cəlbedici hesab edilən kişilərin daha iddialı və işində uğurlu olacağını düşünülür.

Ən sərfəli kredit üçün müraciət et

3. Xarici görünüşünə görə cəlbedici olmayan elm adamları darıxdırıcı, ancaq bacarıqlı və istedadlı hesab edilir.

Princeton Universitetində 2017 – ci ildə həyata keçirilən bir araşdırma insanların “uğurlu, əxlaqlı və cəlbedici” hesab edilən elm adamları tərəfindən aparılan araşdırmalarla daha çox maraqlandıqlarını və onların nəticələrinə daha çox etibar etdiklərini göstərir.

4. Cəlbedici insanların darıxdırıcı işlərdə çalışma ehtimalının aşağı olduğu düşünülür.

Amerika Psixologiya Dərnəyinin bir araşdırmasına görə, cəlbedici olmağın işə qəbul prosesinə müsbət təsir göstərdiyi məlum olur. Bu araşdırmaya görə, əgər iki namizədin bilik və bacarıqları, iş təcrübələri eynidirsə, işə qəbul üzrə mütəxəssis cəlbedici hesab etdiyi namizədi işə götürür.

Həmçinin oxu: Maliyyə şirkətlərinə işə qəbul zamanı imtahana düşə biləcək 10 məntiq testi!

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç